Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.
"Report" xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.
Azərbaycanın Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün yaşadığı mənzilin həyətindən götürülüb.
Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.
“Report"un xəbərinə görə, mərhumun cənazəsi yaşadığı evə gətirilib.
Hazırda binanın həyətində A.Quliyevlə vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.
Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.