Azərbaycan kinosu Parisdə beynəlxalq film festivalında nümayiş olunur

Azərbaycan kinosu Parisdə beynəlxalq film festivalında nümayiş olunur Azərbaycan kinosu Fransanın paytaxtı Parisdə beynəlxalq film festivalında nümayiş olunur.
Mədəniyyət siyasəti
1 Dekabr , 2023 23:26
Azərbaycan kinosu Parisdə beynəlxalq film festivalında nümayiş olunur

Azərbaycan kinosu Fransanın paytaxtı Parisdə beynəlxalq film festivalında nümayiş olunur.

"Report"un Fransa bürosu xəbər verir ki, YUNESKO-nun himayəsi altında baş tutan "Kino irsi" beynəlxalq festivalında Elçin Musaoğlunun "Məryəm" və rejissor Asif Rüstəmovun "Mərmər kimi soyuq" filmləri nümayiş olunur.

Festivalda Qırğızıstan, Qazaxıstan, Almaniya, İsveçrə, Çin, Türkiyə, İspaniya və digər ölkələrin istehsalı olan filmlər də yer alıb. Filmlər Parisin "Mac-Mahon" və "Linkoln" kinoteatrlarında göstərilir.

Noyabrın 28-də başlayan festival dekabrın 2-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi