Qarabağda maddi mədəniyyət nümunələrinin siyahıya alınmasına başlanılıb

Qarabağda maddi mədəniyyət nümunələrinin siyahıya alınmasına başlanılıb Qarabağdakı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən oğurlanması ilə bağlı siyahıyalma işləri başlayıb.
Mədəniyyət siyasəti
19 Dekabr , 2022 11:52
Qarabağda maddi mədəniyyət nümunələrinin siyahıya alınmasına başlanılıb

Qarabağ ərazisində işğal zamanı Azərbaycana məxsus maddi-mədəniyyət nümunələrinin qeyri-qanuni daşınması və ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə “ICOM Red List”inə salınması ilə əlaqədar Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mübadilə aparılıb və bu işin davam etdirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

Şöbə müdiri bildirib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir: "Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi