Azərbaycan və Türkmənistan qurama tikmə sənətinin UNESCO-nun siyahısına salınmasını irəli sürüb

Azərbaycan və Türkmənistan qurama tikmə sənətinin UNESCO-nun siyahısına salınmasını irəli sürüb Türkmənistanın UNESCO üzrə Milli Komissiyası “qurama” tikmək sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün Azərbaycanın müvafiq qurumu ilə birgə iş aparır.
Mədəniyyət siyasəti
3 İyul , 2024 16:51
Azərbaycan və Türkmənistan qurama tikmə sənətinin UNESCO-nun siyahısına salınmasını irəli sürüb

Türkmənistanın UNESCO üzrə Milli Komissiyası qurama tikmə sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün Azərbaycanın müvafiq qurumu ilə birgə iş aparır.

"Report" Türkmənistan KİV-ə istinadən xəbər verir ki, bunu UNESCO üzrə Türkmənistan Milli Komissiyasının məsul katibi Çinar Rüstəmova deyib.

Onun sözlərinə görə, bu nominasiya Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülüb: “Milli Komissiya, həmçinin sərgi və kitabxana fəaliyyətinin genişləndirilməsi yolu ilə Türkmənistan xalqının mədəni irsinin türk dünyasında təbliği istiqamətində əməkdaşlığın qurulması üçün Türkiyənin Türk Tarixi və Mədəniyyəti Fondu (TÜRKTAV) ilə danışıqlara başlayıb”.

Son xəbərlər

Orphus sistemi