Gələn ilin dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət sahələrinə 458 milyon 708 min 021 manat vəsaitin ayrılması nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin xərclərin 205 milyon 387 min 395 manatı mədəniyyət, incəsənət sahəsində fəaliyyətə, 54 milyon 155 min 734 manatı televiziya, radio, nəşriyyata, 43 milyon 890 min 288 manatı bədən tərbiyəsi və gənclər siyasəti üçün, 155 milyon 274 min 604 manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlərə ayırılıb.