Mədəniyyət Nazirliyi yaradıcı sahələr üzrə xüsusi məkanların təşkil edilməsini nəzərdən keçirəcək.
"Report" xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
“Məkanlar yaratmaq istəyirik ki, bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlar, nümayəndələr treninqlər keçirsinlər. Uğurlu layihə olacaqsa, cəmiyyətdə bu sahələrə maraq varsa, musiqi və incəsənət məktəblərindən onlar üçün məkan yaradacağıq”, - o bildirib.