Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir.
“Report”un Fransa bürosu məlumat verir ki, “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Milena Nəbiyeva, Rafael Əliyev, Ayla İnsanova, Marqarita Kərimova Sokolova, Əqdəs Bağırzadə, Aysel Əmirova, Səidə Haqverdi, Ceyran Mirqasım, Leyla Əliyeva, Leyli Müseyibova və Könül Quliyevanın rəsm əsərləri nümayiş olunur.
Milli ruhumuzun, qədim tariximizin, abidələrimizin, ənənələrimizin əks olduğu bu rəsm əsərlərləri böyük maraqla qarşılanıb.
Sərgidə azərbaycanlı fotoqraf Maya Bağırovanın fotoları da nümayiş olunur.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi aprelin 10-dək davam edəcək.