Bakıda “My French Film Festival” adlı Fransa filmləri festivalı başlayıb.
“Report” xəbər verir ki, fevralın 15-dən onlayn formatda davam edəcək tədbir çərçivəsində tamaşaçılar 20-dən artıq müasir rejissorun əsərləri ilə tanış ola biləcəklər.
Filmlərin əksəriyyəti fransız, ingilis və rus dilində, dörd film isə türk dilində subtitrlə göstərilir.