Bakıda gələn il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun dostluğuna həsr olunmuş sərgi keçiriləcək.
Bu barədə “Report”a Çingiz Aytmatovun oğlu, rəssam Eldar Aytmatov məlumat verib.
Onun sözlərinə görə, sərgi 2025-ci ilin yazında Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Rəssam Azərbaycan Prezidentinə yazıçı ilə Azərbaycan xalqının Ümummilli Liderinin dostluğuna həsr olunmuş sərginin Heydər Əliyev Mərkəzində keçirilməsini təklif etdiyini bildirib.
E.Aytmatov Azərbaycan rəssamlarının Qırğızıstanda keçirilən sərgilərində tez-tez iştirak etdiyini deyib.
"Mən Azərbaycan ziyalılarına Qırğızıstanla mədəni əlaqələrə görə minnətdaram. Bakıya gələndə sanki doğma evimə gəlirəm", - o bildirib.
Eldar Aytmatov