Bakıda “Müharibə uşaqlarına” xeyriyyə sərgisi açılıb

Bakıda “Müharibə uşaqlarına” xeyriyyə sərgisi açılıb Ukrayna səfirliyi azərbaycanlı rəssamların rəsm əsərlərindən ibarət olan və “Müharibə uşaqlarına” adı verilən xeyriyyə sərgisi təşkil edib.
Mədəniyyət siyasəti
18 May , 2022 19:23
Bakıda “Müharibə uşaqlarına” xeyriyyə sərgisi açılıb

Ukrayna səfirliyi azərbaycanlı rəssamların əsərlərindən ibarət olan və “Müharibə uşaqlarına” adı verilən xeyriyyə sərgisi təşkil edib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski açıb.

“Ukrayna indi tarixində çox çətin dövrdən keçir, öz suverenliyini və azadlığını müdafiə edir. Dünya ölkələrinin, eləcə də dostumuz, strateji tərəfdaşımız olan Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir”, - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq Ukraynaya min ton humanitar yardım edib. “Azərbaycanın regionları da bu təşəbbüsə qoşulub, onlar da bizə yardım göndərirlər. Biz görürük ki, yardım dairəsi necə genişlənir”, - ukraynalı diplomat əlavə edib.

Qeyd edək ki, rəsmlərin satışından əldə edilən bütün vəsait Ukraynada müharibədən zərər çəkmiş uşaqlara yardım üçün istifadə olunacaq.

Sərgi mayın 28-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi