Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək Dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək.
Mədəniyyət siyasəti
1 Dekabr , 2023 12:36
Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Dekabrın 3-9-da Bakıda VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin tədbirlə əlaqədar təşkil etdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, "İtaliya mətbəxi masada: dad və rifah " mövzusuna həsr olunmuş tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və ICE-İtaliya Ticarət Agentliyinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Qeyd olunub ki, 6 gün davam edəcək VIII Beynəlxalq İtaliya Mətbəxi Həftəsində məşhur italiyan aşpaz Pino Kuttaya qeyri-adi proqramla və bir sıra maraqlı tədbirlərlə çıxış edəcək. O, dekabrın 6-sı saat 12.00-da "Dinamo Hotel Baku" ila birgə təşkil olunmuş tədbirdə "Il Cannolo Siciliano di Melanzane " resepti ilə masterclass keçirəcək.

Eyni zamanda dekabrın 5-i və 6-da Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün "Dinamo Hotel Baku"da aşpaz tərəfindən hazırlanmış xüsusi menyu ilə iki şam yeməyi nəzərdə tutulub.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri tədbiri açaraq bildirib ki, qida sənayesi ölkə iqtisadiyyatı üçün önəmli sahələrdən biridir: "Ümumiyyətlə İtaliyaya məxsus qidaların kökləri dərindir və bu gün məhsullarımız bir çox yerlərdə kopyalanır. Hər il eyni tarixdə İtaliya səfirlikləri bütün dünya ölkələrində bu cür tədbirləri keçirir. Yəni ənənə halını alıb. Mənim missiyam dövründə üçüncüsü təşkil edilib. Bu il çalışacağıq ki, italyan mətbəxinin gözəlliklərini Azərbaycanda insanlara tam göstərə bilək".

Son xəbərlər

Orphus sistemi