Bakıda Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr edilmiş “True Colors Festival” keçiriləcək.
“Report” xəbər verir ki, tədbir iyunun 24-25-də Dənizkənarı Bulvar ərazisində baş tutacaq.
Festivalın təşkilatçıları Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası, Yaponiyanın Azərbaycandakı səfirliyi və “The Nippon Foundation” təşkilatıdır.
Azərbaycan və Yaponiyadan olan əlilliyi olan istedadlı şəxslərin iştirakı ilə baş tutacaq festivalda konsert, rəqs, teatr tamaşaları nümayiş etdiriləcək.
Xatırladaq ki, 2006-cı ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən “True Colors” festivalı 30-dan çox ölkədən 1200-dən çox sənətçini əhatə edir.