“Biz bu ili Azərbaycanın zəfərini təbrik etməklə başlayırıq. Azərbaycan hər zaman ICESCO tərəfindən dəstəklənib və dəstəklənəcək”.
“Report” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.
“Biz Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin çox böyük qonaqpərvərliyini gördük”, - o bildirib.