Bişkekdə görkəmli qırğız şairinin ev-muzeyinin açılışı olub

Bişkekdə görkəmli qırğız şairinin ev-muzeyinin açılışı olub Qırğızıstanın paytaxtında görkəmli qırğız şairi Alıkul Osmonovun ev-muzeyinin bərpa və muzeyləşdirmə işləri uğurla başa çatdıqdan sonra təntənəli açılış mərasimi olub.
Mədəniyyət siyasəti
5 Noyabr , 2024 13:32
Bişkekdə görkəmli qırğız şairinin ev-muzeyinin açılışı olub

Qırğızıstanın paytaxtında görkəmli qırğız şairi Alıkul Osmonovun ev-muzeyinin bərpa və muzeyləşdirmə işləri uğurla başa çatdıqdan sonra təntənəli açılış mərasimi olub.

"Report" Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, layihə fondun Bişkek meriyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Açılış lentini kəsmə mərasimində fondun prezidenti Aktotı Raimkulova, Bişkek şəhərinin meri Aybek Junuşəliyev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Çingiz Esenqul və xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev iştirak ediblər.

Layihə Türk Dövlətləri Təşkilatının 2023-cü il noyabrın 3-də Astanada keçirilmiş sammitinin bəyannaməsinin icrası çərçivəsində həyata keçirilib. Bu, fondun həyata keçirdiyi bu cür ilk layihədir və onun türk xalqlarının irsinin qorunması və mədəni mübadiləsində əhəmiyyətini vurğulayır.

Fond layihə çərçivəsində həmçinin yazıçı Adil Cəmilin tərcüməsində Alıkul Osmonovun qırğız və Azərbaycan dillərində “Zamandan zamana” şeirlər toplusunu nəşr etdirib. Bu, “Türk ədəbiyyatı inciləri” silsiləsindən birinci nəşrdir.

Ev-muzeyinin bərpası və müasir avadanlıqla təchiz edilməsi sayəsində Alıkul Osmonovun yaradıcılığının pərəstişkarları böyük şairin yaşadığı dövrün abu-havasını və koloritini qoruyub saxlayan məkana çıxış əldə edəcəklər.

Yeni muzey məkanı həm Qırğızıstanda, həm də onun hüdudlarından kənarda Alıkul Osmonovun yaradıcılığının inkişafına və təbliğinə töhfə verən mühüm mədəni mərkəzə çevriləcək.

Son xəbərlər

Orphus sistemi