“Sülh fasiləsiz prosesdir. Dayanıqlı sülh daimi səylər tələb edir və ona nail olmaq üçün hamımız müvafiq mandatımız daxilində əlaqəli fəaliyyət göstərməliyik”.
“Report” xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunun iştirakçılarına videomüraciətində bildirib.
“Mahiyyət etibarilə sülh mədəniyyəti və dayanıqlı sülhün təmin edilməsi bir-birini tamamlayır. Mədəniyyətlərarası və dinlərarası dialoq çox vacibdir və biz bu istiqamətdə işləyə bilərik”, - o əlavə edib.
Onun sözlərinə görə, BMT təcrid, etimadsızlıq və qarşıdurmaya qarşı vacib alət olan mədəniyyətlərarası və dinlərarası dialoq üçün unikal qlobal platformanı genişləndirir.
“Azərbaycan hökumətinin təşkil etdiyi bu tədbir möhkəm, inklüziv, dinc və harmonik cəmiyyətin qurulmasına istiqamətlənib”, - Moratinos qeyd edib.