“Böyük Qayıdış” film müsabiqəsinin seçim mərhələsi başa çatıb

“Böyük Qayıdış” film müsabiqəsinin seçim mərhələsi başa çatıb Bədii seçim mərhələsi başa çatıb
Mədəniyyət siyasəti
19 Aprel , 2021 17:00
“Böyük Qayıdış” film müsabiqəsinin seçim mərhələsi başa çatıb

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti kimi mövzulara həsr olunmuş, müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən aşağıdakı 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə etmişdir:

BƏDİİ FİLMLƏR

Təqdim edən şirkət

Layihənin adı

1

“Oksimedia” MMC

“Qələbə bizimdir”

2

“İnteraz Media and Broadcasting” MMC

“Tanrının nəbzi”

3

“Nova Gorica” kino şirkəti

“Mənəm, Yusif”

4

“Mediamaster” MMC

“Vətən aslanları”

5

“Mozalan” studiyası MMC

“İkinci planetin qırmızı rəngi”

6

“Karvan production” MMC

“Çamadan”

7

“Karvan production” MMC

“Arxa cəbhə”

8

“YFilm” prodakşın servis

“Evə dönüş”

9

“Buta” film MMC

“Ağdam”

10

“Debüt” studiyası

“İki gün”

11

“Ultra Production” MMC

“Hasar”

12

“Varyox” MMC

“Qayıdış”

SƏNƏDLİ FİLMLƏR

Təqdim edən şirkət

Layihənin adı

1

“Vətən TV” Media şirkəti MMC

“General” (Mais Bərxudarov)

2

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

“Fulya”

3

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

“Müharibənin uşaqları”

4

“Rakord” MMC

“Torpaq və Su”

5

“Balans” MMC

“Çin olan gizlinlər”

6

“Debüt” studiyası

“Evimin səsi”

7

“Varyox” MMC

“Güzgü”

8

“Cinema Art”

“Ceyranın səyahəti”

ANİMASİYA FİLMLƏRİ

Təqdim edən şirkət

Layihənin adı

1

“Birlik kinostudiyası” MMC

“Qarabağ nağılı”

2

“OB Film” MMC

“Tarix”

3

“3 dost” MMC

“Qayıtmışam”

4

“Pərifilm” MMC

“Toxum”

5

“NN” film

“Toxumun qayıdışı”

6

“Azanfilm”

“Həyat davam edir”

Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Müsabiqənin Pitçinq mərhələsi 2021-ci ilin aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi