Ermənistanın terroruna məruz qalan uşaqlarla bağlı filmin çəkilişi başa çatıb

Ermənistanın terroruna məruz qalan uşaqlarla bağlı filmin çəkilişi başa çatıb “Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb.
Mədəniyyət siyasəti
31 Yanvar , 2022 13:28
Ermənistanın terroruna məruz qalan uşaqlarla bağlı filmin çəkilişi başa çatıb

“Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb.

Bu barədə "Report"a “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib.

Bildirilib ki, “Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev) filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb. Hazırda filmin montaj işləri davam edir. Bədii-sənədli film İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalan uşaqların həyatlarına ışıq tutulur.

Filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını akytor Namiq Ağayev ifa edir.

Layihə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.

Qeyd edək ki, film ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olub.

Son xəbərlər

Orphus sistemi