Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb.
“Report” xəbər verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)
Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)
Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)
Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı
"Cəngi" Estrada Folklor Rəqs Ansamblı
Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu
Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)
"Colors of Pakistan" qrupu (Pakistan)
Azərbaycan Dövlət Rəqs Ansamblı
"Yuma" dueti (Tunis)
"Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)
Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)
"Baxor" Rəqs Ansamblı (Özbəkistan)
Əməkdar artist Aybəniz Haşımova (müğənni) və "Bülbüllər" qrupu.
Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayacaq.
“Report” xəbər verir ki, festival mayın 14-dək davam edəcək.
Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək.
Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival Vətən Müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.