Budapeştdə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılacaq.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev fevralın 3-də Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq.