"Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İstanbula işgüzar səfəri çərçivəsində Türkiyənin tanınmış kino şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. Eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə bir araya gəldi".
Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin bir millət-iki dövlət olaraq kinematoqrafiya sahəsində yeni əməkdaşlıqlar qurması təqdirəlayiqdir: "İki ölkə arasında mövcud mədəni əlaqələrin gücləndirilməsi həm xalqlararası münasibətlərin daha da yaxınlaşması, həm də mədəni inteqrasiya proseslərinin sürətlənməsinə təkan verəcək".
Natiq Çıraqzadə