Fransa Müqavimət Hərəkatının üzvü olan həmyerlimiz Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib.
“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, “O, Xarqo idi” adlı sənədli film “Salnaməfilm” studiyasının istehsalıdır.
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, ideya müəllifi Şahin Sinaria, görüntü rejissoru Rafiq Əliyev, prodüseri Nazim Hüseynovdur.
Filmdə qəhrəmanın obrazını İqbal Əliyev canlandırıb.
Zəngin arxiv materiallarından istifadə olunmuş filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda aparılıb.
“O, Xarqo idi” filminin nümayişi 6 may 2022-ci il tarixində saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.