Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev sabah, günün birinci yarısında dəfn olunacaq.
Bu barədə "Report"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
O bildirib ki, mərhumun qızlarının xarici ölkələrdən gəlməsi gözlənilir: "Onlardan biri bu gün gecə, digəri səhər saatlarında çata biləcək. Onlar gəldikdən sonra saatı da tam dəqiqləşəcək".
Qeyd edək ki, E.Quliyev ötən gün 80 yaşında vəfat edib. O, özünün vəsiyyəti ilə Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.