İspaniyada yaşayan ermənilər Qranada şəhərinin Alqambr muzeyində nümayiş etdirilən qədim Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi (Qarabağ (Azərbaycan) XIX əsr-red) bu ölkədəki ermənilərin narazılığı ilə qarşılanıb. Ermənilər hətta muzeyin rəhbərliyinə də qarşı təzyiqlərdən istifadə etməyə başlayıblar. Onlar sosial şəbəkələrdə də qədim Azərbaycan xalçalarının guya ermənilərə məxsus olduğunu iddia edirlər.
Qeyd edək ki, bu, İspaniyada təkcə sakinlərin deyil, xarici turistlərin də böyük maraq göstərdiyi məşhur muzeylərdən biridir.