Füzulinin 530 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb

Füzulinin 530 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə elektron məlumat bazası yaradılıb.
Mədəniyyət siyasəti
9 İyul , 2024 15:54
Füzulinin 530 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə elektron məlumat bazası yaradılıb.

“Report” xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, bazada Məhəmməd Füzulinin həyat və yaradılıcığını əks etdirən məlumatlar, şəkillər, vəfatının 400 illiyinə ithaf olunmuş film, “Füzuli kantatası”, Şərqin ilk operası “Leyli və Məcnun”un afişası və s. daxil edilib.

Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda “Məhəmməd Füzuli - 530” adlı ilboyu davam edəcək ənənəvi sərgi də təşkil edilib.

Qeyd edək ki, elektron məlumat bazası “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində hazırlanıb.

Selcan Zaurqızı

Son xəbərlər

Orphus sistemi