Gürcüstan parlamentinin növbədənkənar iclasında Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının təmiri ilə bağlı məsələ gündəmə gətirilib.
“Report”un yerli bürosu xəbər verir ki, deputat Savalan Mirzəyev ölkənin təhsil, elm, mədəniyyət və elm naziri vəzifəsinə namizəd Mixeil Çxenkeliyə məsələ ilə bağlı sual ünvanlayıb.
O xatırladıb ki, teatr mövzusunu qanunverici orqanda bundan öncə də qaldırıb.
Deputat mədəniyyət ocağı ilə bağlı hansı planların olduğu ilə maraqlanıb.
Qeyd edək ki, teatrın binası illərdir qəzalı vəziyyətdədir.