Gürcüstanda Azərbaycan aşıq sənəti təbliğ olunur

Gürcüstanda Azərbaycan aşıq sənəti təbliğ olunur “Azərbaycanın zəngin mədəniyyətinin izləri Türkiyədə də var. Bu gün Qarsda aşıq sənəti yaşayırsa, bunda Gürcüstan əsilli azərbaycanlıların böyük rolu var”
Mədəniyyət siyasəti
25 May , 2021 11:05
Gürcüstanda Azərbaycan aşıq sənəti təbliğ olunur

“Azərbaycanın zəngin mədəniyyətinin izləri Türkiyədə də var. Bu gün Qarsda aşıq sənəti yaşayırsa, bunda Gürcüstan əsilli azərbaycanlıların böyük rolu var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə aşıq Nargilə Mehtiyevanın yaradıcılıq gecəsində çıxışında deyib.

Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan aşıqlarının saz çalması və mahnı ifa maneraları fərqlənsə də, ürəkləri eyni döyünür.

F.C.Yazqan N.Mehtiyevanın aşıq sənətini yalnız Gürcüstanda deyil, Azərbaycan, Türkiyə və digər ölkələrdə də təbliğ etdiyini söyləyib: “Türk mədəniyyətinin ortaq dəyəri olan aşıq sənətinin gələcək nəsillərə ötürülməsi, tanıdılması və təbliğatı sistemli olaraq birgə səylərlə həyata keçirilməlidir. Türkiyənin Gürcüstandakı səfirliyi Azərbaycan səfirliyi ilə birgə bu missiyaya dəstək verməyə hazırdır”.

Xanım səfir pandemiyadan sonra Türkiyə səfirliyinin bağçasında N.Mehtiyevanın şagirdlərinin konsertinin təşkil edilməsi təklifi ilə çıxış edb. Tədbirə istedadlı azərbaycanlı yeniyetmə və gənclərin də dəvət olunması nəzərdə tutulub.

Tədbirdə N.Mehtiyevanın həyat və yaradıcılığından bəhs edən “Çətin bir yol keçdim” adlı sənədli filmin, aşıq və 8 yaşlı şagirdi Məryəm Bayramovanın yer aldığı klip təqdim olunub. Ekran əsərlərinin hazırlanmasında məqsəd aşıq sənətinin təbliği, uşaq və gənclərə tanıdılması, yeniyetmələr arasında elm və təhsilə marağın aşılanmasıdır.

Son xəbərlər

Orphus sistemi