Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə edilib.
“Report” xəbər verir ki, bu barədə Mədəniyyət naziri Anar Kərimov tviter hesabında bildirib.
“Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və gəhrəman oğlu Hüseyin Cavidin 140 illik yubileyi münasibətilə onun büstünün ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq”, - nazir qeyd edib.