"Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib. İstəyirik ki, bu il ölkəmizdə Şuşa bayramı əhval-ruhiyyəsi olsun. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Şuşa söhbətləri" layihəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Nazir vurğulayıb ki, Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır.
A.Kərimov keçirilən layihələrlə Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacağını bildirib.
O, həmçinin qeyd edib ki, bu cür tədbirlərlə il boyu müzakirələr həyata keçiriləcək.