Mədəniyyət Nazirliyinin yeni layihəsinin təqdimatı olub

Mədəniyyət Nazirliyinin yeni layihəsinin təqdimatı olub ADA universitetində Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsinin təqdimat mərasimi keçirilib.
Mədəniyyət siyasəti
20 İyun , 2022 09:53
Mədəniyyət Nazirliyinin yeni layihəsinin təqdimatı olub

ADA universitetində Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Açılış mərasimində bildirilib ki, layihə Azərbaycan xalqının zəngin mədəniyyəti, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumuna vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

Qeyd edilib ki, nazirliyin regional mədəniyyət idarələrini əhatə edən layihə çərçivəsində idarədə çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul şəxs – kommunikasiya meneceri kimi təyin olunub.

Açılışdan sonra həmin şəxslərin peşəkarlığının atırılması üçün təlimlər keçirilib.

Son xəbərlər

Orphus sistemi