Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
"Report" xəbər verir ki, mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Cıdır düzündə olublar.
Qeyd edək ki, Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.