"Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb: "Bu proses 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdi.
“Bakı Prosesi” çərçivəsində həyata keçirilən kampaniyaya 180-dən çox xarici dövlətin nümayəndəsi qoşuldu. Onlar bu çərçivədə həyata keçirilən 5 Mədəniyyətlərarası forumlarda iştirak etdilər. Bu forumlara 10 mindən çox şəxs qatıldı. Forumlar bir çox sferaları əhatə edib, hətta biznes nümayəndələri də “Bakı Prosesi” çərçivəsində təşkil edilən forumlarda iştirak ediblər”.