Parisdə azərbaycanlı rəssamların "Daha yaşıl gələcək naminə incəsənət" adlı sərgisi açılıb

Parisdə azərbaycanlı rəssamların "Daha yaşıl gələcək naminə incəsənət" adlı sərgisi açılıb Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssamların əl işlərindən ibarət "Daha yaşıl gələcək naminə incəsənət" adlı sərginin açılış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
29 Noyabr , 2024 18:15
Parisdə azərbaycanlı rəssamların Daha yaşıl gələcək naminə incəsənət adlı sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssamların əl işlərindən ibarət "Daha yaşıl gələcək naminə incəsənət" adlı sərginin açılış mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı incəsənət xadimləri və digər qonaqlar iştirak edib.

Səfir Leyla Abdullayeva tədbirdə çıxışı zamanı Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfələrə toxunub.

O, bu ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini qonaqların diqqətinə çatdırıb.

Sərgidə Azərbaycanın xalq rəssamı Sakit Məmmədovun, o cümlədən Xanlar Əsədullayev, Nərmin Nəsibova, Aqşin Kazımov, Mahir Qafarov, Nihad Ağazadə, Çinarə Baxşıyev-Cəfərova, Aynur Məmmədova kimi rəssamların, eləcə də gənc istedadlar Nazilə Fərzullayeva və Məryəm Abdullanın əsərləri nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın tanınmış xalq rəssamı Sakit Məmmədov sərginin keçirilməsi təşəbbüsünün qlobal mədəni dəyərə verilən töhfə olduğunu, bunun da yalnız hökumətlərin deyil, hər bir vətəndaşın borcu olduğunu bildirib.

Fırça ustaları əl işlərində ətraf mühitin mühafizəsini təbliğ etməklə yanaşı, Azərbaycanın dinamik mədəni və təbii irsini də əks etdiriblər.

Qeyd edək ki, sərgi Azərbaycanın Fransadakı səfirliyi tərəfindən "Yaşıl Dünya üçün Həmrəylik İli" çərçivəsində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi