Parisdə Toğrul Nərimanbəyovun xatirəsi anılıb

Parisdə Toğrul Nərimanbəyovun xatirəsi anılıb Fransanın paytaxtı Parisdə Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsi anılıb.
Mədəniyyət siyasəti
2 İyun , 2024 22:32
Parisdə Toğrul Nərimanbəyovun xatirəsi anılıb

Fransanın paytaxtı Parisdə Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsi anılıb.

“Report”un yerli bürosu bildirir ki, Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu məktəbində bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatının 11 illiyi günü rəssama həsr olunmuş masterclass keçirilib.

Məktəbin şagirdləri Toğrul Nərimanbəyovun əsərlərini improvizasiya ediblər.

Məktəblilər xüsusilə Qız Qalası, nar, paytaxt Bakını əks etdirən əsərlərini çəkiblər. Məktəbin şagirdləri həmçinin Parisin Passi qəbiristanlığında uyuyan rəssamın qəbrini də ziyarət ediblər.

Qeyd edək ki, Toğrul Nərimanbəyov 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı", 1980-ci ildə isə "Min bir gecə" əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Dünya şöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib.

Son xəbərlər

Orphus sistemi