"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib 31 may - 2 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib.
Mədəniyyət siyasəti
1 İyun , 2024 14:38
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib

31 may - 2 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib.

"Report" xəbər verir ki, üç gün davam edən festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri və yarışlar təşkil olunub, Qala Etno Bazarın və “Qala tarixi fotolarda” sərgisinin açılışı baş tutub.

Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşləri keçirilib.

“Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatıb.

Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarəçilərə təqdim olunub.

Ənənəvi və etno idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak imkanı əldə ediblər.

Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunub.

Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkərək “Rəsmini yarat” interaktiv fəaliyyətə qoşulublar.

Son xəbərlər

Orphus sistemi