“Nizami ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT nümayəndələrinin Nizami Gəncəvinin məqbərəsinə ziyarəti təşkil olunub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən ziyarət zamanı QHT nümayəndələri Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.
Burada dahi şairin zəngin ədəbi irsi barədə onlara ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan edilib.