Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media
“Report” xəbər verir ki, Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf məbədin tarixi barədə də məlumat verir.
O qeyd edib ki, Xudavəng monastırı XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tərəfindən tikilib.
“Sovet dövründə və daha sonra Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib. Sülh müqaviləsi imzalanandan bəri kompleksi Rusiya sülhməramlıları qoruyur”.