Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi keçiriləcək

Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi keçiriləcək “Rusiya Dövlət Dumasında gələn il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan fotosərgi keçiriləcək”.
Mədəniyyət siyasəti
17 Noyabr , 2022 12:17
Rusiya Dövlət Dumasında Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi keçiriləcək

“Rusiya Dövlət Dumasında gələn il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan fotosərgi keçiriləcək”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclasında Dövlət Dumasının deputatı Kazbek Taysayev bildirib.

O, iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz töhfəsinin olduğunu vurğulayıb: “Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında Heydər Əliyev tərəfindən əsası qoyulmuş münasibətlər uzun illər xalqlarımızın rifahına xidmət edəcək”.

Onun sözlərinə görə, iki ölkəni ortaq mədəniyyət, adət-ənənə və tarix birləşdirir: “Rusiyada insanlar Heydər Əliyevin xatirəsini unutmur və dərin ehtiramla yad edirlər”.

Son xəbərlər

Orphus sistemi