Şarl de Qolun qardaşı nəvəsi Parisdə Azərbaycan stendini ziyarət edib

Şarl de Qolun qardaşı nəvəsi Parisdə Azərbaycan stendini ziyarət edib Azərbaycan Parisdə, UNESCO-nun igamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.
Mədəniyyət siyasəti
26 May , 2022 14:14
Şarl de Qolun qardaşı nəvəsi Parisdə Azərbaycan stendini ziyarət edib

Azərbaycan Parisdə, UNESCO-nun igamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.

“Report”un Fransa bürosu xəbər verir ki, ilk dəfə baş tutan tədbirdə ölkəni Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyası təmsil edib.

Stenddə Azərbaycan çayı, çay məhsulları, ölkəyə həsr olunmuş kitablar nümayiş olunub, iştirakçılar armudu stəkanda çaya qonaq olublar, onlara Azərbaycan, adət-ənənələr haqqında məlumat verilib.

Eyni zamanda, Azərbaycan stendini müxtəlif ölkələrin səfirləri, diplomatlar, jurnalistlər və digər şəxslər ziyarət ediblər. Onların arasında Fransanın keçmiş prezidenti Şarl de Qolun qardaşı nəvəsi, fotoqraf Grequar de Qol da olub.

Son xəbərlər

Orphus sistemi