Şuşada İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimində "Şuşa Yaradıcılıq Emalatxanası" keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan muğamını xarici qonaqlara təqdim edən Sənətşünaslıq üzrə fəlsəfə doktoru bəstəkar-pianoçu Pikə Axundova onun növlərindən də söz açıb:
"Muğam təkcə musiqi sənəti deyil, həm də zəngin fəlsəfi mövzudur. Onun quruluşu, dramaturgiyası və improvizasiya xarakteri həm klassik, həm də müasir fəlsəfi məktəblərlə səsləşir".
Onun sözlərinə görə, muğam nə qədər mürəkkəb görünsə də, özü-özlüyündə ahəng yaradır:
"Bu metodologiya ən kiçik motivlərdən tutmuş geniş dramaturgiyaya qədər onun strukturu və dinamikası ilə bağlı anlayışlar təqdim edir".
Sonda Azərbaycan milli muğam nümunələri ifa olunub.