FantazEU Mədəni İrs Festivalı çərçivəsində Milli Azərbaycan Tarix Muzeyində Avropa Milli Geyimləri sərgisi keçirilib.
"Report" xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Aİ ölkələrinin milli geyimləri nümayiş olunub.
Aİ-nin və Aİ ölkələrinin Azərbaycandakı səfirlərinin iştirak etdiyi tədbirdə Avropa canlı musiqisi və rəqslər təqdim olunub.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko sərgidə açılış nitqi ilə çıxış edərək bildirib ki, Avropa İttifaqının nümayəndəliyi tarixi təmsil edən muzeydə tədbir keçirməkdən qürur duyur:
"Bizim ölkələrimiz (Aİ ölkələri) arasında həm mədəni, həm də tarixi əlaqələr mövcuddur. Adət-ənənələrimiz bir-birinə bənzəyir və milli geyimlərimiz də bənzər mədəniyyətlərimizin təcəssümüdür. Milli geyimlərin müxtəlifliyini və çoxluğunu gördükdə belə bir sərgi təşkil etmək istədik, hesab edirəm ki, belə bir tədbirin keçirilməsi vacib addım idi. Almaniya, Slovakiya, Polşa, Rumıniya, Latviya, Litva və digər ölkələr təşəkkür edirik ki, bizə nümayiş üçün milli geyimlərini təqdim etdilər".
Foto: Samirə Həsənova