Tarix Muzeyində polşalı memar Yuzef Qoslavskiyə həsr edilən sərgi təşkil olunacaq

Tarix Muzeyində polşalı memar Yuzef Qoslavskiyə həsr edilən sərgi təşkil olunacaq Milli Azərbaycan Tarixi Muzeyində polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci ildönümünə həsr olunacaq sərgi keçiriləcək.
Mədəniyyət siyasəti
12 İyul , 2024 10:55
Tarix Muzeyində polşalı memar Yuzef Qoslavskiyə həsr edilən sərgi təşkil olunacaq

Milli Azərbaycan Tarixi Muzeyində polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci ildönümünə həsr olunacaq sərgi keçiriləcək.

Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Məlumata əsasən, sərginin təşkili ilə bağlı Memorandum Milli Azərbaycan Tarixi Muzeyi və Polşanın Azərbaycandakı səfirliyi arasında imzalanıb.

Qeyd edək ki, sərgidə Yuzef Qoslavski tərəfindən vaxtilə Bakıda layihələndirilmiş məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyət ilə bağlı mətn və vizual materialları yer alacaq.

Sevil Seymur

Son xəbərlər

Orphus sistemi