Bu tədbir gənclərə öz bilik və bacarıqlarını bölüşmək, yeni dostlar qazanmaq və Azərbaycanın mədəniyyətini daha yaxından öyrənmək üçün unikal imkan yaratdı.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Bakı Musiqi Akademiyasının Musiqişünaslıq fakültəsinin doktorantura üzrə 3-cü kurs tələbəsi Hülya Kudret jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan mədəniyyətinə və incəsənətinə olan sevgisini ifadə edib:
“Azərbaycanı çox sevirəm. Burada olmaq, bu ölkənin zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq böyük şərəfdir”.
H.Kudret həmçinin tədbirin təşkilatçılığına görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib.