Türkiyəli tanınmış aktyor və bloger Anıl Altan özünün 1,2 milyon izləyicisi olan instaqram səhifəsində Bakıda “Formula 1” ilə bağlı paylaşım edib.
“Report”un xəbərinə görə, o, paylaşımında yarışın keçirildiyi ərazidə, İçərişəhərdə və Heydər Əliyev Mərkəzində olduğunu qeyd edib.
“Heydər Əliyev Mərkəzində qədimdən bu günədək istifadə olunan musiqi alətlərini gördük. 1977-ci ildə kosmosa göndərilən bir peykdə Azərbaycanın bir musiqisi də səslənir. Mərkəzdə həmin musiqini eşitmək olur”, - deyə o bildirib.
Bloger Bakı şəhəri, xalqımızın milli geyimləri və yarış haqqında paylaşımlar edib, məlumatlar verib.