TÜRKSOY-un Baş katibi: “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi ortaq sənət layihəmizdir

TÜRKSOY-un Baş katibi: “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi ortaq sənət layihəmizdir TÜRKSOY-un ortaq sənət layihəsi olan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin çəkilişləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılacaq.
Mədəniyyət siyasəti
21 İyun , 2024 15:51
TÜRKSOY-un Baş katibi: “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi ortaq sənət layihəmizdir

TÜRKSOY-un ortaq sənət layihəsi olan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin çəkilişləri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılacaq.

Bunu “Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.

O deyib ki, bu filmin çəkilişi ötən il Azərbaycanda keçirilən "Qorqud Ata" Film Festivalında müzakirə olunub: "Qorqud Ata" Türk Dünyası Film Festivalı genişmiqyaslı tədbirə çevrilib. Tədbir 2023-cü ildə ilk dəfə Türkiyədən kənarda – Azərbaycanın ev sahibliyi ilə baş tutdu. Orada daha bir ortaq sənət layihəmiz "Molla Nəsrəddin. Çətin günlərimin dostu” film çəkilişi ilə bağlı müzakirələr oldu. Filmin quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir”.

Sultan Raev deyib ki, 4-cü "Qorqud Ata" Film Festivalı bu il Türkmənistanda keçiriləcək: “Türkmənistanın tarixi Anev şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar TÜRKSOY-un bir çox ənənəvi tədbirləri bu il Türkmənistanda keçirilir. Sentyabr ayında da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Mərakeşdəki baş qərargahında Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunacaq”.

Son xəbərlər

Orphus sistemi