Türküstan Musiqili Dram Teatrı Bakıda çıxış edəcək.
“Report” bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
I Beynəlxalq TÜRKSOY Teatr Festivalı çərçivəsində noyabrın 3-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Qorqud haqqında rəvayət” tamaşası nümayiş olunacaq.
Qeyd edək ki, I Beynəlxalq TÜRKSOY Teatr Festivalı noyabrın 1-dən 4-dək davam edəcək.