Azərbaycanda Ukraynaya dəstək məqsədli uşaq yaradıcılığı müsabiqəsi başlayıb.
“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Ukrayna, o cümlədən uşaqlar üçün humanitar yardımlar cəlb etmək, həmçinin mənəvi dəstəkdir.
Müsabiqədə iştirak etmək üçün müvafiq rəsm və ya əl işinin görüntüsü 30 iyun tarixinədək kidsart.az saytında yerləşdirilməlidir. Səsvermə yolu ilə müəyyənləşdiriləcək qaliblər qiymətli hədiyyələr və Bəhram Bağırzadədən həvəsləndirici mükafat alacaqlar.