Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nazim Əsəd oğlu tutduğu vəzifədən azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Xaçmaz regional Mədəniyyət İdarəsi üçün antivirus və digər proqramların alınmasına 10 min 426 manat vəsait ayrıldığı barədə məlumatlar yayılmışdı.