Xalq artisti xəstəxanaya yerləşdirilib

Xalq artisti xəstəxanaya yerləşdirilib Bu barədə onun qızı Fidan Cəfərova məlumat verib
Mədəniyyət siyasəti
31 Mart , 2021 12:35
Xalq artisti xəstəxanaya yerləşdirilib
Bəsti Cəfərova

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.

Bu barədə "Report"a onun qızı Fidan Cəfərova məlumat verib.

Onun sözlərinə görə, anasının iki gün öncə verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb: "Altı gün idi özünü narahat hiss edirdi, hərarət, halsızlıq var idi. Bu gün cavab pozitiv çıxandan sonra “Yeni Klinika”ya yerləşdirdik. Mən özüm də test vermişəm, amma cavabım hələlik çıxmayıb".

Son xəbərlər

Orphus sistemi