Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər

Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər Türkmənistan, Azərbaycan, Rusiya, İran və Qazaxıstanı təmsil edən musiqiçilər Xəzərsahili ölkələrin musiqiçilərinin qarışıq simfonik orkestrinin tərkibində çıxış edəcəklər. Orkestrin debütü sentyabrın 11-də Astraxanda keçiriləcək “OperaFirst” Xəzər klassi
Mədəniyyət siyasəti
3 Sentyabr , 2021 16:49
Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər

Türkmənistan, Azərbaycan, Rusiya, İran və Qazaxıstanı təmsil edən musiqiçilər Xəzərsahili ölkələrin musiqiçilərinin birləşmiş simfonik orkestrinin tərkibində çıxış edəcəklər. Orkestrin debütü sentyabrın 11-də Astraxanda keçiriləcək “OperaFirst” Xəzər klassik musiqi festivalının qala konsertində baş tutacaq.

“Report” xəbər verir ki, birləşmiş orkestrin tərkibinə dost ölkələri təmsil edən 65 musiqiçi daxildir. Bu unikal musiqi kollektivi xüsusi olaraq “OperaFirst” festivalı üçün “Music Entertainment” Mədəniyyət fondu tərəfindən təşkil edilib.

Dirijor pultu arxasında Sankt-Peterburq Dövlət Filarmoniyasının direktoru və baş dirijoru Mixail Qolikov çıxış edəcək.

“OperaFirst” festivalı dünya opera ulduzları Sumi Ço (Koreya Respublikası), Elizabet Vidal (Fransa) və Sergey Leyferkusun (Rusiya/Portuqaliya) iştirakı ilə qala-konsertlə yekunlaşacaq.

Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı “Caspian Fashion Week” təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi