Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Report”a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
"Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96-dır, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır",- şöbə müdiri bildirib.
Qeyd edək ki, əməkdar artistin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.